Tutulması üçün 5 milyon dollar vəd edilmiş - “Bağban” saxlanıldı

Hazırda oxunan: Tutulması üçün 5 milyon dollar vəd edilmiş - “Bağban” saxlanıldı

609915

Meksikanın Nayarit ştatında “Bağban” ləqəbli narkobaron Audiyas Flores Silva saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin ictimai təhlükəsizlik və vətəndaşların müdafiəsi naziri Omar Qarsiya Harfuş “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Məlumata görə, narkobaron Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Audiyas Flores Silva həm Meksikada, həm də ABŞ-də axtarışda olub. Bundan başqa, ABŞ tərəfinin “Bağban”ın ələ keçirilməsinə görə 5 milyon dollar mükafat vəd etdiyi bildirilir.

Qeyd edək ki, Audiyas Flores Silva “Xaliskonun yeni nəsli” kartelinin rəhbərlərindən biri olub.

O bu ilin fevralında saxlanılma cəhdi zamanı öldürülmüş qruplaşmanın keçmiş lideri “El Menço” ləqəbli Nemesio Oseguera Servantesin ehtimal olunan varisi hesab edilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin