"Cari ilin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən ölkə üzrə ümumtəhsil məktəblərində şagirdlərə verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub".
Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun bu gün keçirilən brifinqdə qeyd edib.
O, bildirib ki, şagirdlərə verilən virtual yaşıl kartların çoxluğu məktəblərdə müsbət davranışların üstün hal aldığını göstərir.
“Ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri özünün “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədini hazırlayıb. Qaydalara əsasən, şagirdlərə verilən yaşıl, sarı və qırmızı kartların statistik müqayisəsi aparılıb. Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir".
Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:52 / 28.04.2026
İki ayda 5831 şagirdə qırmızı kart verilib
Hazırda oxunan: İki ayda 5831 şagirdə qırmızı kart verilib
Hazırda oxunan: İki ayda 5831 şagirdə qırmızı kart verilib
609870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































