Həyat yoldaşını öldürən qatil 40 il gizləndi - Saxta adla saxlanıldı

Hazırda oxunan: Həyat yoldaşını öldürən qatil 40 il gizləndi - Saxta adla saxlanıldı

609901

Hindistanın Dehli şəhərində 40 il əvvəl həyat yoldaşını öldürməkdə şübhəli bilinən 82 yaşlı Çandra Şekhar Prasad saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

İstintaqın versiyasına görə, Prasad 1986-cı il oktyabrın 19-da həyat yoldaşına kərpiclə hücum edib. Ona cinayətdə şərikləri də kömək edib. Onlar qulluqçunu silahla hədələyərək qadına yardım etməsinə mane olublar.

Cinayətdən sonra Prasad və şərikləri qaçıblar. Polis uzun illər onların izinə düşə bilməyib.

40 ildən sonra hüquq-mühafizə orqanları işi yenidən araşdırmağa başlayıblar. Polislər Prasadın övladlarını tapıblar və onların telefon zənglərini izləyərək kişinin hələ də sağ olduğunu müəyyən ediblər.

Qətldə şübhəli bilinən şəxs fabrikdə saxlanılıb. Məlum olub ki, o, onilliklər ərzində saxta adla yaşayıb və gizlənib.

Dindirilmə zamanı Prasad cinayəti etiraf edib. O bildirib ki, həyat yoldaşını xəyanətdə şübhələndiyi üçün onunla tez-tez mübahisə edib və qəzəb anında ona hücum edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin