Gənc müəllimə şagirdlərlə nalayiq yazışmaya görə həbs edildi

Hazırda oxunan: Gənc müəllimə şagirdlərlə nalayiq yazışmaya görə həbs edildi

609896

ABŞ-da 27 yaşlı müəllimə şagirdlərlə nalayiq yazışmada ittiham olunaraq həbs edilib.

Bizim.Media xəbər verir ki, hadisə Texas ştatında qeydə alınıb.

“New York Post”un məlumatına görə, həbs olunan Angela Palmares Bell dairəsində əvəzedici müəllimə kimi çalışıb. O, sonuncu dəfə aprelin 2-də işə çıxıb.

Bundan qısa müddət sonra məktəb rəhbərliyi polisə müraciət edərək gənc müəllimənin bir neçə şagirdlə qeyri-münasib münasibətdə olduğunu bildirib.

İstintaqın məlumatına görə, Palmares dərsdənkənar vaxtlarda sosial şəbəkələr vasitəsilə şagirdlərlə yazışıb.

Polis işin detalları, zərərçəkmiş şagirdlərin yaşı və sayı barədə məlumat açıqlamayıb.

Palmares hadisədən sonra dərhal işdən çıxarılıb və həbsxanaya yerləşdirilib. Onun üçün 150 min dollar girov təyin olunub.

Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada da bənzər hadisə qeydə alınmışdı. Orada bədən tərbiyəsi müəlliməsi şagird qızlarla həddindən artıq yaxın ünsiyyətdə olmaqda ittiham edildikdən sonra işdən ayrılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin