Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu bazar günü, mayın 3-də keçiriləcək “Bakı Marafonu 2026”da 25 min iştirakçı qeydiyyatdan keçib.
Bizim.Media xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışa qoşulacaq.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edəcək.
Mayın 3-də start nöqtəsi Dövlət Bayrağı Meydanı, finiş Sea Breeze ərazisi olmaqla ilk dəfə 42 km məsafədə keçiriləcək Bakı Marafonunun kişi və qadın iştirakçıları qaçış zolağında ilk 3 yer uğrunda mübarizə aparacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:47 / 28.04.2026
“Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar
Hazırda oxunan: “Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar
Hazırda oxunan: “Bakı Marafonu”nda 25 min nəfər qeydiyyatdan keçdi - 42 km məsafədə mübarizə aparacaqlar
609899
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































