Bakı Şəhər Baş Polis İdarəsində Akif Nağıya xəbərdarlıq edilib

Hazırda oxunan: Bakı Şəhər Baş Polis İdarəsində Akif Nağıya xəbərdarlıq edilib

47864

Bakı Şəhər Baş Polis İdarəsində  Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağıya NATO Parlament Assambleyasının Bakıda keçiriləcək tədbirləri zamanı aksiya keçirilməməsi barədə xəbərdarlıq edilib.

 Bu barədə Moderator.az-a  Akif Nağı məlumat verib.

 QAT sədri qeyd edib ki, bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib. İdarənin İctimai təhlükəsizlik idarəsinin rəisi, polkovnik Nurulla Məmmədxanlı ona NATO Parlament Assambleyasının Bakıda keçiriləcək tədbirində erməni nümayəndələrinin iştirakı ilə bağlı hər hansı aksiyanın yolverilməz olduğunu bildirib və buna görə cəza tədbirlərinin nəzərdə tutulduğu barədə xəbərdarlıq edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin