Alimin sözlərinə görə, bu zəlzələdən sonra xeyli sayda zəif afterşoklar qeydə alınacaq: “Əhali yüngül titrəyişlərdən qorxmamalıdır. Şəhərdə panika yaşanmamalıdır”.
Tahir Məmmədli bildirib ki, bu səhər baş verən yeraltı təkanlar Hacıqabul-Türkmənistan adlı qırılma ocağında qeydə alınıb. Bu tektonik qırılmada birincə yeraltı təkan 1986-cı ildə baş verib.
“1986-cı ildə baş verən zəlzələnin gücü 6 bal olub. Üç il sonra, 1989-cu ildə həmin ocaqda daha bir yeraltı təkan qeydə alınıb. Həmin zəlzələlər Bakıda 4-5 bal gücündə hiss olunmuşdu. Hər iki hadisədən sonra onlarla afterşoklar olmuşdu”.







































































































