Əli Əliyevdən sahibsiz 3 deputat mandatı barədə orijinal şərh

Hazırda oxunan: Əli Əliyevdən sahibsiz 3 deputat mandatı barədə orijinal şərh

44072
Azərbaycanda hər şeyin bazar qanunlarıyla tənzimləndiyi, hətta hakimiyyətin ən üst qatındakıların pul üstündə bir-birini güdaza verdiyi halda boş qalmış 3 mandat yerinin bu günədək hərraca çıxarılmaması təəccüb doğurmaya bilməz. Elə parlamentin dünənki iclasında Ədalət Partiyasının sədri İlyas İsmayılov də həmin 3 dairəyə seçkilər keçirilməməsinin qanun pozuntusu olduğunu dilə gətirdi.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Moderator.az-a açıqlamasında bunu özünəməxsus şəkildə şərh edib:
"Bu hakimiyyət külli miqdarda gələn neft pullarının fonunda "xırda" pullara tamarzı deyil. İqtidar daha çox dəngənin pozulmamasında maraqlıdır. Fikrimcə, mandatların hərraca çıxarılması daxili qruplaşmaları yeni mübarizə mərhələsinə soxa bilər. Mürəkkəb beynəlxalq şəraitdə siyasi turbulentlik sosial dayaqları zəif, daxili ixtilafı böyük olan komandaya lazım deyil. Necə olmasından asılı olmayaraq, İlyas müəllimin qaldırdığı son iki məsələ çox mühümdür. Əgər məsələ iqtidarı qıcıqlandırırsa, deməli bu onları narahat edir. Spikerin son hərəkətləri zəif nümayəndənin reaksiyasıdır. Professor İsmayılovun təşəbbüsünə geniş dəstək verilməlidir. Təəssüf ki, müxalifətin bir hissəsi, qaba eqoistlik edərək, özlərindən olmayan vacib addımı görməzliyə vururlar. Hesab edirəm ki, Ədalət Partiyası liderinin qaldırdığı hər 2 məsələ: boşalmış dairələrdə seçkilərin keçirilməsi və icra qurumlarında çalışanların seçim etməsi ilə bağlı məsələlər bütövlükdə müxalifətin hədəfə aldığı məsələlər toplusundan daha praktik, daha vacibdir. Biz VİP olaraq qaldırılan problemlərin arxasında olduğumuzu bəyan edirik, bu yolda İlyas müəllimi dəstəkləyirik."


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin