Azərbaycanda və dünyada sitrus meyvələrinin istehsalçı qiymətləri son on ildə xeyli bahalaşıb.
Bizim.Media xəbər verir ki, “modern.az”ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2015-ci ilin qiymətləri 100 qəbul edilməklə hesablanan indeksdə sitrus meyvələri üzrə göstərici 2025-ci ildə 407,7-yə çatıb. Bu, son on ildə qiymətlərin 4 dəfədən çox artması deməkdir.
Sitrus məhsullarında artım təkcə uzunmüddətli statistikada deyil, son illərin dinamikasında da özünü göstərir.
Belə ki, 2021-ci ildə indeks 193,9, 2022-ci ildə 163,4, 2023-cü ildə 167,1, 2024-cü ildə isə 162,9 olub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
03:15 / 04.06.2026
Azərbaycanda ən çox bahalaşan meyvələr AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda ən çox bahalaşan meyvələr AÇIQLANDI
Hazırda oxunan: Azərbaycanda ən çox bahalaşan meyvələr AÇIQLANDI
617052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.









































































































