Fəxri Xiyabandakı şəhidlərin məzar daşları sökülür

Hazırda oxunan: Fəxri Xiyabandakı şəhidlərin məzar daşları sökülür

39496

2 saylı Fəxri və Şəhidlər Xiyabanına baxış zamanı müşahidə etdik ki, şəhidlərin məzar daşları sökülüb. Bu barədə məlumat almaq üçün Bakı şəhər icra hakimiyyəti əhaliyə vətəndaşlıq xidmətinin trest rəhbərliyinə müraciət etdik. Rəhbərlikdən publika.az-a bildirildi ki, məzar daşlarının dəyişilmə səbəbi, onların yararsız hala düşməsidir:

“Bu barədə xəbərimiz var. Şəhidlərin sinə və ya baş daşları, şəhidin ailə üzvləri və ya yaxın qohumlarının istəyi ilə dəyişdirilir.Yazılı ərizə şəklində müraciətlər olunur. Rəhbərlik şəxsən özü ərizəyə baxaraq dəyişilməsinə dair imza çəkir. Məzar daşlarının dəyişilmə səbəbi, daşların yararsız hala düşməsidir. Əgər şəhidin ailə üzvləri daşların yararsız halda olduğuna nəzər yetirməsələr, o zaman onlarla əlaqə saxlayıb vəziyyəti bildiririk. Razılıq aldıqdan sonra isə məzar daşları dəyişilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin