Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan "Nurçu"ların lideri Fətullah Gülənin bir neçə gün öncəki çıxışı zaman etdiyi bədduaya sərt münasibət bildirib.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir Pakistana səfəri zamanı jurnalistlərin də olduğu təyyarədnin salonunda gəzərək media təmsilçiləri ilə əl tutaraq görüşüb. "Nurçu"lara yaxınlığı ilə tanınan Zaman qəzetinin Ankara təmsilçisi və köçə yazarı Mustafa Unalla yaxınlaşan baş nazir Fətullah Gülənin kimə bəddua etdiyini anlamadığını deyib:
"Bu necə bəddua, kimə edir? Cəsarəti varsa, kimə etdiyini də söyləsin. İsim versin."


































































































