Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

Hazırda oxunan: Təbaşir yemək və benzin qoxlamaq istəyirsiniz?

629130

Konsentrasiyanın (diqqətin) azalması və yüksək yorğunluq anemiyanın (qan azlığının) simptomları ola bilər.

Bizim.Media xəbər verir ki, bunu terapevt İrina Tixonova "Qazeta.ru"ya bildirib.

O qeyd edib ki, oksigen çatışmazlığı səbəbindən insanın diqqətini cəmləməsi və məlumatları yadda saxlaması çətinləşir.
 

"Əvvəllər asanlıqla öhdəsindən gəlinən fiziki yük zamanı təngnəfəslik və ürək döyüntüsünün tezləşməsi xarakterik simptom hesab olunur. Orqanizm toxumalara oksigenin yetərsiz daxil olmasını kompensasiya etməyə çalışır, buna görə də ürək daha intensiv işləməli olur", — deyə Tixonova qeyd edib.


Terapevt vurğulayıb ki, dad üstünlüklərinin dəyişməsi məsələn, təbaşir, buz, çiy xəmir yemək istəyi də anemiyanın əlamətləri ola bilər. Onun sözlərinə görə, qəribə qoxulara — benzin, boya və ya asetona qarşı həvəsin yaranması da mühüm göstəricidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin