Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

Hazırda oxunan: Qırğızıstanda meyitlərin yandırılması qadağan edildi

629203

Qırğızıstan Prezidenti Sadır Japarov dəfn haqqında qanuna edilən dəyişiklikləri imzalayıb.

Bizim.Media xəbər verir ki, yeni qanuna əsasən, artıq vəfat etmiş şəxslərin cəsədlərinin kremasiyası (yandırılması) qadağandır.
 

Qanun yalnız tibbi prosedurlardan sonra qalan insan orqan və toxumalarının, yəni bioloji obyektlərin kremasiyasına icazə verir. Abort edilmiş və ya ölü doğulmuş dölün, eləcə də naməlum və sahibsiz meyitlərin yandırılması da qadağan olunub. Belə hallarda dəfn yalnız torpaqda həyata keçirilə bilər.


Sənədə əsasən, krematoriyalar tibbi bioloji obyektlərin sanitar qaydada məhv edilməsi üçün nəzərdə tutulan xüsusi qurğular hesab olunur. Onların tikintisi dövlət büdcəsi və ya özəl investorların vəsaiti hesabına maliyyələşdirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin