“Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

Hazırda oxunan: “Uşaq qidalarına vergi və gömrük rüsumları azaldılmalıdır” – Deputatdan TƏKLİF

629078

Sağlam qidalanmaq hər kəsə lazımdır. Ancaq uşaqların qidalanmasına xüsusi diqqət yetirilməlidir. Belə ki, bir uşağın təbii, balanslı, bol vitaminli qidalar istehlak etməyi onun fiziki inkişafı üçün önəmlidir. Ancaq rəsmi statistikalara görə bununla bağlı problem mövcuddur. Dövlət Statistika Komitəsinin son açıqlamalarına görə, Azərbaycanda uşaqlı ailələrin qidalanması uşaqsız ailələrlə müqayisədə xeyli zəifdir.

Belə ki, uşaqlı ailələrdə adambaşına illik ət istehlakı 34,6 kiloqram olduğu halda, uşaqsız ailələrdə bu göstərici 43,2 kiloqramdır. 

Süd və süd məhsullarında isə bu  rəqəmlər müvafiq olaraq 235,8 və 282,7 kiloqramdır. Həmçinin uşaqlı ailələrdə adambaşına meyvə istehlakı 80,8 kiloqram, uşaqsız ailələrdə 104,4, balıq istehlakı isə müvafiq olaraq 7,4 və 9,7 kiloqram təşkil edir.

Təbii ki, uşaqlı ailələrin xərci daha çoxdur. Ancaq bu, sağlam qidalanmanın önəmini də dəyişmir.

Bəs uşaqlı ailələrdə qida istehlakının balanslı olması, yaxşılaşdırılması üçün hansı addımlar atılmalıdır?

Bizim.Media mövzuyla əlaqədar Milli Məclisin üzvü  iqtisadçı Vüqar Bayramlının münasibətini öyrənib.

Deputat ilk olaraq bildirib ki, uşaqlı ailələrdə xərcin böyük qismi uşaq qidalarına yönəlir. Buna görə də bu istiqamətdə addımlar atılmalıdır.

“Hazırda təbii artım tempi müsbətdir. Amma son 20 ildə ümumi trendə əsasən, təbii artımda azalma var. Buna görə də uşaqlı ailələrin daha yaxından dəstəklənməsi, onların sayının artırılması prioritetdir. Bəzi ölkələrdə bu sayın artırılması istiqamətində uşaq qida məhsullarının bir qisminin qiymətinin  subsidiyalaşdırılması tətbiq edilir. Bu da qiymətlərin optimallaşdırılmasına, qiymət artımının qarşısının alınmasına imkan yaradır”.

Vüqar Bayramov yerli istehsalın artırılması təklifini də irəli sürüb:

“Bəzi ölkələrdə isə uşaq qidalarının yerli istehsal hesabına qarşılanması üçün yerli istehsal genişləndirilir. Azərbaycanda isə uşaq qidalarının xərclərinin azaldılması üçün həm birbaşa, həm də dolayı metodlardan istifadə olunması məqsədəuyğundur. Həmçinin bu qidaların qiymətinin aşağı salınması üçün onların gömrük rüsumları, vergilər azaldıla bilər”-deyə deputat vurğulayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin