Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Dənizin həyat yoldaşı, iranlı modelyer Samar Dadqarla yaşadığı romantik anlar evin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Samar Dadqar həmin görüntüləri sosial media hesabında paylaşaraq izləyiciləri ilə bölüşüb.
Kadrlarda Özcan Dənizin evdən çıxarkən kameranı fərq etdiyi, dayanaraq həyat yoldaşına əl yellədiyi, öpüş göndərdiyi və ürək işarəsi göstərdiyi əks olunub.
Dadqar paylaşımına "Aaa, ev kamerasından romantika... Sevginin mərkəzi!" sözlərini əlavə edib.
Qeyd edək ki, Özcan Dəniz və Samar Dadqarın münasibəti uzun müddət yaş fərqinə görə Türkiyə maqazin mətbuatının diqqət mərkəzində olub. Bir müddət ayrılıq yaşayan cütlük sonradan yenidən bir araya gələrək 20 yanvar 2023-cü ildə ailə üzvlərinin iştirakı ilə keçirilən sadə mərasimdə nikaha daxil olub. Onların toyda idman ayaqqabısı geyinməsi də həmin dövrdə geniş müzakirə edilmişdi. (Demokrat.az)


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
10:39 / 04.08.2026
Özcan Dənizdən həyat yoldaşına romantik jest— FOTOLAR
Hazırda oxunan: Özcan Dənizdən həyat yoldaşına romantik jest— FOTOLAR
Hazırda oxunan: Özcan Dənizdən həyat yoldaşına romantik jest— FOTOLAR
629197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































