Zelenski Ukraynanın ABŞ-dəki səfirini istefaya göndərdi

Hazırda oxunan: Zelenski Ukraynanın ABŞ-dəki səfirini istefaya göndərdi

629137

Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib.

Bizim.Media "Strana.ua"ya istinadla xəbər verir ki, bu barədə müvafiq fərmanın mətnində deyilir.
 

Bundan əvvəl nəşr Ukrayna Prezident Ofisindəki anonim mənbəyə istinadən xəbər vermişdi ki, Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) ona qarşı fəaliyyətini aktivləşdirməsi səbəbindən Stefanişinanı əvəzləmək istəyirlər.


İyulun 13-də "Financial Times" qəzeti yazmışdı ki, Stefanişinanın gedişi ailə üzvlərinin Kiyevdə elit daşınmaz əmlak alması işi ilə bağlı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin