Ukraynanın keçmiş Silahlı Qüvvələr Baş Komandanı, hazırda isə Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukraynanın NATO-ya üzv olmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, Zalujnı bu fikri çıxışı zamanı səsləndirib.
"NATO-nu çox yaxşı tanıyıram. Təxminən 12 il ərzində ölkəmizin NATO standartlarını mənimsəməsi ilə şəxsən məşğul olmuşam və hər il “az qalıb, tezliklə NATO-ya daxil olacağıq” nağıllarını eşitmişəm. Təəssüf ki, biz heç vaxt NATO-ya üzv olmayacağıq", – deyə o vurğulayıb.
Qeyd edək ki, Valeri Zalujnı 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edilib, daha sonra isə Böyük Britaniyaya səfir təyin olunub.

Bizim.Media

- A-
- A
- A+
Dünya
08:56 / 04.08.2026
Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO
Hazırda oxunan: Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO
Hazırda oxunan: Zalujnı: Ukrayna heç vaxt NATO-ya üzv olmayacaq - FOTO
629165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































