Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

Hazırda oxunan: Dünyanın ən gözəl qadını AÇIQLANDI - FOTO

629146

Alimlər "qızıl nisbət" (golden ratio) adlanan qədim yunan riyazi modeli əsasında apardıqları araşdırmada dünyanın ən gözəl üz cizgilərinə malik qadının adını müəyyən ediblər.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, siyahının zirvəsində amerikalı aktrisa Emma Stone qərarlaşıb. O, üz cizgilərinin proporsiyasına görə 94,72 faiz uyğunluq göstəricisi əldə edib.
 

Araşdırmanın müəllifi, estetik cərrah Julian De Silva bildirib ki, Emma Stoun üzün bütün əsas elementləri üzrə yüksək nəticə göstərib. Onun sözlərinə görə, aktrisanın qaş forması, demək olar ki, ideal çənə xətti və üz quruluşuna uyğun dodaq proporsiyaları yüksək qiymətləndirilib.


Reytinqdə ikinci yeri amerikalı aktrisa və müğənni Zendaya, üçüncü yeri isə hindistanlı aktrisa Freida Pinto tutub.

Qeyd edək ki, "qızıl nisbət" üsulu üz cizgilərinin simmetriyasını və proporsiyalarını riyazi baxımdan qiymətləndirən modellərdən biridir. Bununla belə, mütəxəssislər vurğulayırlar ki, gözəllik anlayışı subyektivdir və belə reytinqlər yalnız müəyyən ölçü meyarlarına əsaslanır. (lent.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin