Amerika neft şirkətləri sıravi istehlakçılar üçün daxili yanacaq bazarının pərakəndə satış seqmentində qiymətləri ləngimədən aşağı salmalıdırlar.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu tələbi özünün "Truth Social" sosial şəbəkəsində dərc edib.
"Chevron" şirkətinin rəhbəri Mayk Virtin müsahibəsini şərh edən dövlət başçısı xatırladıb ki, bu firma ABŞ hakimiyyətindən Venesuelada fəaliyyətini bərpa etmək üçün icazə alıb və bunun sayəsində böyük gəlirlər əldə etməyə başlayıb.
"Və istehlakçılar üçün neft qiymətlərini (pərakəndə qiymətləri!) dərhal aşağı salın!" - deyə Tramp yazıb və əlavə edib ki, bu tələb digər bütün Amerika neft şirkətlərinə də aiddir.
Bizim.Media



































































































