Ekstrasensdən yeni PROQNOZ - Rusiya ilə NATO arasında qarşıdurma olacaq

Hazırda oxunan: Ekstrasensdən yeni PROQNOZ - Rusiya ilə NATO arasında qarşıdurma olacaq

629194

Özünü “canlı Nostradamus” adlandıran braziliyalı ekstrasens Atos Salome 2026-cı illə bağlı verdiyi proqnozlardan ikisinin gerçəkləşdiyini iddia edib və üçüncü, ən təhlükəli ssenari barədə xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, Salomenin sözlərinə görə, ilk proqnoz İran və İsrail arasında gərginliyin kəskin şəkildə artması olub.

O, həmçinin 2026-cı il futbol üzrə dünya çempionatının finalında İspaniyanın Argentinanı 1:0 hesabı ilə məğlub edəcəyini əvvəlcədən dediyini bildirib.
 

Ekstrasensin ən narahatedici proqnozu isə Arktika ilə bağlıdır. Onun iddiasına görə, buzlaqların əriməsi fonunda regionda yeni dəniz yolları və enerji ehtiyatları uğrunda Rusiya ilə NATO arasında qarşıdurma riski sürətlə artır.


Salome bununla yanaşı, 2026-cı il üçün Rusiya-Ukrayna müharibəsinin dalana dirənəcəyini, Tayvan ətrafında gərginliyin artacağını, Afrikada yeni sabitsizlik dalğasının yaranacağını, həmçinin quş qripi, denqe qızdırması və meymunçiçəyi ilə bağlı yoluxmaların çoxalacağını da proqnozlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin