Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

Hazırda oxunan: Tramp Avropanı məhv edən əsas səbəbi AÇIQLADI

629151

ABŞ Prezidenti Donald Tramp Avropanı məhv edən (öldürən) iki əsas amili açıqlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı danışıb.

"İki şey Avropanı məhv edir. Birincisi – immiqrasiya, ikincisi isə – energetikadır", – deyə Tramp bəyan edib.

Amerika lideri xüsusilə qeyd edib ki, qeyri-qanuni immiqrasiya Avropa üçün nəhəng bir problemdir və bunun dayandırılmasına çağırıb.

"Siz bir çox insanı ölkənizə buraxırsınız, hansı ki, onlar əksər hallarda sizə kömək etməyəcəklər", – deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin