Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

Hazırda oxunan: Ərdoğan bu gün generalları, nazirləri toplayır - Mühüm qərarlar veriləcək

629164

Türkiyənin Ali Hərbi Şurası bu gün ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq və Silahlı Qüvvələrlə bağlı mühüm qərarlar gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələrindəki təyinat, təqaüdə göndərilmə və xidmət müddətlərinin uzadılmasına dair qərarlar qəbul ediləcək. Bəzi şəxslərin vəzifə və rütbəsi artırılacaq, bir qisminin isə təyinatı dəyişdiriləcək.

Generallar, admirallar və polkovniklərin xidmət müddətlərinə dair dosyelər nəzərdən keçiriləcək.

Şura qərarları prezidentin təsdiqindən sonra açıqlanacaq. Ərdoğanın sədrliyi ilə keçirilən iclasda ədliyyə maziri Akın Gürlek, daxili işlər naziri Mustafa Çiftçi və Quru Qoşunları Komandanı Metin Tokel ilk dəfə iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin