10-cu sinifi bitirənlərin Nəzərinə: Bu təhsil müəssisələrinə müraciət edə bilərsiniz

Hazırda oxunan: 10-cu sinifi bitirənlərin Nəzərinə: Bu təhsil müəssisələrinə müraciət edə bilərsiniz

629077

İyulun 23-dən etibarən peşə təhsili müəssisələrinə tələbə qəbuluna başlanılıb. Müraciətlərin qəbulu avqustun 10-dək davam edəcək. Seçimdə həm 9, həm də 11-ci siniflər iştirak edə bilərlər.

Ancaq bəzilərinə maraqlıdır ki,  10-cu sinifi bitirən şagirdlər də peşə təhsil müəssisələrinə sənəd qəbulunda iştirak edə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Ali məktəbə qəbulda keçid ballarında dəyişiklik gözlənilir - AÇIQLAMA


Təhsil məsələləri üzrə ekspert Ramin Nurəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, bu mümkündür:

“Bəli, 10-cu sinifi bitirən şagird də peşə təhsili müəssisəsinə müraciət edə bilər. Çünki Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış imtahanının keçərlilik müddəti iki ildir. Buna görə də 10-cu sinifi bitirən şagird 9-cu sinifdə buraxılış imtahanından topladığı bal ilə kolleclərə, peşə təhsil müəssisələrinə müraciət edə bilər. 11-ci sinifdə isə 11-ci sinif buraxılış imtahanında iştirak edib, o bal ilə qəbul ola bilər”.

Nəzərə alaq ki, 11-ci sinifi bitirən şagird peşə təhsil müəssisəsinə qəbul olsa, 18 yaşı tamam olduqda ona hərbi xidmətdən möhlət verilmir. Bəs  10-cu sinifdən 3 illik peşə ixtisasına qəbul olan şagirdə hərbi xidmətdən möhlət verilirmi?

Ramin Nurəliyev bu məsələyə də aydınlıq gətirib. O bildirib ki, şagird tam orta təhsilini hələ başa vurmadığı üçün ona 20 yaşına kimi möhlət verilir:

“Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq, peşə təhsilinə qəbul olan, tam orta təhsili bitirməyən gənclərə 20 yaşına qədər hərbi xidmətdən möhlət hüququ verilir. Əgər uşaq 10-cu sinifdədirsə, yüksək peşə təhsilinə müraciət edibsə, o, təhsilini bitirənə, yəni 20 yaşına qədər möhlət veriləcək”,- deyə müsahibimiz açıqlayıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin