ABŞ Prezidenti Donald Tramp Avropanın üzləşdiyi əsas problemlərin qeyri-qanuni miqrasiya və enerji siyasəti olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu fikri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
"Avropanı iki şey məhv edir. Birincisi miqrasiyadır. İkincisi isə energetikadır", – deyə ABŞ prezidenti bildirib və qeyri-qanuni miqrant axınının dayandırılmasına çağırıb.
Tramp enerji sahəsindəki problemlərə nümunə kimi Böyük Britaniyanı göstərib. Onun sözlərinə görə, ölkə dünyanın ən zəngin enerji mənbələrindən biri olan Şimal dənizinə malik olsa da, buna baxmayaraq Norveçdən enerji resursları almağa davam edir və bununla özünü "iflasa sürükləyir".
Qeyd edək ki, iyulun sonunda on minlərlə qeyri-qanuni miqrant İspaniyanın Mərakeşlə sərhəddə yerləşən Seuta muxtar şəhərinə tərəf üzüb.
Mərakeş Daxili İşlər Nazirliyinin məlumatına görə, sərhədi keçmək istəyən 11 nəfər ölüb. İspaniya hökuməti isə Seutaya çatmağa çalışarkən azı 72 nəfərin həlak olduğunu açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:35 / 04.08.2026
Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir
Hazırda oxunan: Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir
Hazırda oxunan: Tramp: Avropanı qeyri-qanuni miqrasiya məhv edir
629175
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































