“İran tərəfi bunu açıq şəkildə inkar etsə də, ABŞ və İran danışıqlar aparır”.
Bizim.Media xəbər verir ki, bunu Amerika lideri Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində bəyan edib.
"Onlar görüşmək istəyirlər, bəzilərinin dediyi kimi “yalvarırlar”, danışıqlar başlayır, yaxın gələcəkdə onların davam etdirilməsi planlaşdırılır", — deyə o yazıb.
ABŞ prezidenti həmçinin bəyan edib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.
İranda isə Trampın danışıqlar barədə bəyanatını təkzib ediblər. İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai bildirib ki, İslam Respublikası yalnız Omanla məsləhətləşmələr aparır və bu məsləhətləşmələr Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə aiddir.
Bizim.Media



































































































