Dünyada ən çox BAHALAŞAN ərzaq məhsulu açıqlandı

Hazırda oxunan: Dünyada ən çox BAHALAŞAN ərzaq məhsulu açıqlandı

629129

İyul ayında dünyada ən çox bahalaşan ərzaq məhsulu toyuq yumurtası olub.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin “Comex” birjasının məlumatlarında deyilir.

Məlumata görə, yayın ikinci ayında ABŞ birjasında toyuq yumurtasının qiyməti 334 faiz artıb. Digər kənd təsərrüfatı məhsullarında isə bahalaşma xeyli aşağı olub. Belə ki, yulafın qiyməti 15,5 faiz, buğdanın qiyməti isə 10,4 faiz yüksəlib.

ABŞ bazarında yumurta qiymətlərinin kəskin artımı yüksək patogen quş qripinin geniş yayılması ilə əlaqələndirilir. Virusun yayılması nəticəsində on milyonlarla yumurtlayan toyuq məhv edilib ki, bu da məhdud təklif fonunda tələbatın kəskin artmasına səbəb olub.
 

Rusiyada isə yayın əvvəlində yumurta bazarında əks tendensiya müşahidə edilib. İyun ayında daxili bazarda yumurtanın qiyməti aylıq müqayisədə 9,6 faiz azalıb. Bu göstərici yumurtanı ölkənin ərzaq bazarında ən çox ucuzlaşan məhsula çevirib.


Məqalədə qeyd olunur ki, 2023–2024-cü illərdə toyuq sayının azalması və yumurta qiymətlərinin kəskin bahalaşması ilə müşayiət olunan böhrandan sonra Rusiya istehsalçıları yeni problemlə üzləşiblər. 2025-ci ilin yekunlarına görə daxili bazarda məhsul bolluğu yaranıb ki, bu da qiymətlərin enməsinə və quşçuluq təsərrüfatlarının rentabelliyinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.

Ekspertlərin fikrincə, vəziyyəti yaxşılaşdırmaq üçün ixracın artırılması və ya məhsulun emalının genişləndirilməsi kömək edə bilər. Lakin istehsalçıların bunun üçün kifayət qədər maliyyə imkanlarının olmadığı bildirilir. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin