Ürəyindən bıçaqlanan əsgərin yaxınları danışdı

Hazırda oxunan: Ürəyindən bıçaqlanan əsgərin yaxınları danışdı

38418
Dörd gün əvvəl əsgər yoldaşı tərəfindən bıçaqlanan hərbçi Surxay Muradovun səhhəti ağır olaraq qalır. “Qafqazinfo” ya açıqlama verən əsgərin qohumları bildiriblər ki, Surxay bu gün özünə gəlsə də, hələ ki, bir açıqlama verəcək vəziyyətdə deyil. Onun bu gün, ya da sabah Bakıya gətiriləcəyi gözlənilir. 

Surxayın qohumları hadisənin necə baş verməsini onun digər əsgər yoldaşlarından öyrənə biliblər: “Aralarında münaqişə olub, əsgər yoldaşı ona üç bıçaq zərbəsi vurandan sonra digər əsgər yoldaşları onun əllərindən tutaraq bıçağı alıblar. O deyirdi ki, fikrim Surxayı öldürmək olub. Bilmirik aralarında nə baş verib, yaxın yoldaş olublar. Hazırda 3 nəfər dindirilib, Hərbi Prokurorluq məsələ ilə bağlı araşdırma aparır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin