AŞPA Müşahidə Missiyasının rəhbəri: “Seçki prosesində hələlik heç bir problemlə rastlaşmamışıq”

Hazırda oxunan: AŞPA Müşahidə Missiyasının rəhbəri: “Seçki prosesində hələlik heç bir problemlə rastlaşmamışıq”

35006

Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən prezident seçkilərini izləməyə başlayıb.

Moderator.az-ın  APA-ya istinadən  xəbərinə görə, missiyanın rəhbəri, İngiltərə parlamentinin üzvü Robert Valter öncə 16 saylı Yasamal ikinci Dairə Seçki Komissiyasının 12 saylı məntəqəsində olub. R. Valter məntəqədə açılış prosesini izləyib, məntəqə komissiyasının sədrinə suallar ünvanlayıb.

AŞPA müşahidə missiyasının rəhbəri daha sonra dairənin 14, 9 və 10 saylı məntəqələrində olub. R. Valter bu məntəqələrdə də prosesin müşahidə edib, veb-kameraların olub-olmaması, seçkilərin təşkili, hazırlıq prosesi ilə maraqlanıb.

AŞPA missiyasının rəhbəri jurnalistlərə açıqlamasında bildirib ki, məntəqələrdə hər şey qaydasındadır, hələlik heç bir problemlə rastlaşmayıblar. O, müşahidə nəticələrinin seçkilər başa çatandan sonra yayacaqları bəyanatda öz əksini tapacağını açıqlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin