Moderator.az xəbər verir ki, Milli Şuradan prezidentliyə vahid namizəd Cəmil Həsənli Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşmək üçün bazar günü axşam Tiflisə yola düşüb.
Görüşdə Cəmil Həsənlinin seçki kampaniyasının strategiyası və təşkilati məsələlər müzakirə ediləcək.
Musavat.com isə aydınlaşdırıb ki, bu görüşdə tamamilə fərqli, sürpriz hadisə də ola bilər. Mötəbər bir qaynaq deyib ki, Tiflis görüşündə R. İbrahimbəyov Milli Şura sədrinin də səlahiyyətlərini üzərinə götürmək üçün Cəmil Həsənlidən xahişdə buluna bilər.
"Yeni Müsavat" qəzetinin növbətçi redaktoru Elşad Məmmədli isə musavat.com-a deyib ki, onlara belə bir görüşün olacağı bu gün səhər saatlarından məlum idi: "Sadəcə, sabahkı sensasion manşeti zəiflətməmək üçün onu saytımızda yaymadıq. Qəzet artıq çapa gedib. Lakin bəri başdan deyə bilərəm ki, bu görüşdə ciddi sürprizlər ola bilər. Oxuculardan xahiş edirəm, "Yeni Müsavat"ın sabahkı sayını oxusunlar ".




































































































