Ermənilər atəşi kəsmir

Hazırda oxunan: Ermənilər atəşi kəsmir

32128

 Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun  Quşçu Ayrım kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 Müdafiə Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında, Goranboy və Daşkəsən rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 Düşmən cavab atəşi ilə susdurulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin