Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

Hazırda oxunan: Banklar bu məlumatları sirr kimi SAXLAYIR – Əgər müştərilər bilsələr...

619629

Bank müştərilərinin əhəmiyyətli hissəsi ödəniş xidmətlərinin şəffaflığı və izlənilə bilməsi ilə bağlı mövcud vəziyyətdən narazıdır.

Bu barədə SWIFT-in MDB ölkələri və Qafqaz regionu üzrə ölkə meneceri İrina Lorer Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, beynəlxalq konsaltinq şirkəti McKinsey&Company tərəfindən aparılan araşdırmada bank müştərilərinin ödəniş xidmətləri ilə bağlı məmnunluq səviyyəsi qiymətləndirilib. Tədqiqat çərçivəsində sadəlik, şəffaflıq və izləniləbilirlik meyarları üzrə sorğular keçirilib.
 

İ.Lorer bildirib ki, ödənişlərin həyata keçirilməsinin sadəliyi ilə bağlı sorğuda iştirak edən müştərilərin yalnız 50 faizi banklarının təqdim etdiyi xidmətlərdən məmnun olduqlarını qeyd edib.


Onun sözlərinə görə, rüsum və komissiyalar üzrə şəffaflıq göstəricilərinə gəldikdə isə vəziyyət daha pisdir. Belə ki, bank müştərilərinin yalnız üçdə biri bankların bu sahədəki fəaliyyətindən razı qaldığını bildirib.

SWIFT rəsmisi vurğulayıb ki, izləniləbilirlik və şəffaflıq üzrə nəticələr daha aşağı olub. Araşdırmaya əsasən, hər 10 bank müştərisindən cəmi 2-si bankının təqdim etdiyi xidmətlərin şəffaflığından və əməliyyatların izlənilməsi imkanlarından məmnun olduğunu ifadə edib.

Bu vəziyyətin yaranmasına səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Əkrəm Həsənov deyir ki, bütün dünyada bankların hədəfi eynidir:

“Necə deyərlər, “pulu pula satmaqla pul qazanmaq” bankların əsas missiyasıdır.Nəzərə alaq ki, bankların fəaliyyəti bütün dünyada sirr olaraq qalır. Bu qurum pulu necə qazandığını belə hər kəsdən gizlədir. Məsələn komissiya haqqı necə müəyyənləşir? Niyə hər bankda bir cürə komissiya haqqı var. Eləcə də verilən kreditlərin faizləri də müxtəlifdir.
 

Yəni banklar fəaliyyətlərini daha çox gizli saxlayırlar. Əslində burada təəccüblü bir məqam yoxdur. Əgər banklar şəffaf olsa və bizim əmanətimizdən qazandığı hər qəpiyin hesabatını versə o zaman sual yaranacaq ki, “bank bizdən niyə bu qədər qazanmalıdır ki?”


Nəzərə alaq ki, bütün dünyada ənənəvi bankçılıq sələmçilik üzərində qurulub. Halbuki sələmçiliyi təkcə İslam yox, bütün dinlər qəbul etmir. Ona görə də hər 10 müştəridən yalnız ikisinin bank xidmətlərindən razı qalması normaldır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin