Peskovdan Belarusun uşaq futbol komandasının avtobusuna endirilən zərbəyə REAKSİYA

Hazırda oxunan: Peskovdan Belarusun uşaq futbol komandasının avtobusuna endirilən zərbəyə REAKSİYA

619867

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətində Belarusun uşaq futbol komandasını daşıyan avtobusa hücumunu terror aktı adlandırıb. 

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı həm Rusiya, həm də Belarus tərəfi ən yüksək səviyyədə hərəkətə keçib.

Qeyd edək ki, son məlumatlara görə, hücum nəticəsində 5-i uşaq olmaqla 7 nəfər yaralanıb.

Yaralı uşaqlardan birinin vəziyyəti ağırdır. Komandanı müşayiət edən bir qadın isə həlak olub. Belarus Səhiyyə Nazirliyi isə ilkin olaraq 6-sı azyaşlı olmaqla 8 nəfərin xəsarət aldığını bildirib.

Rusiya Prezidenti Vladimir Putin Səhiyyə naziri Mixail Muraşkoya telefonla zərərçəkənlərə bütün lazımi tibbi yardımın göstərilməsi üçün təcili tədbirlər görməyi tapşırıb. Belarus da öz növbəsində Bryanska uşaq cərrahları, anestezioloqlar və odlu silah yaralarının müalicəsi üzrə mütəxəssislər göndərib.

Belarus Xarici İşlər Nazirliyi də hadisəni terror aktı kimi qiymətləndirib və Ukraynadan rəsmi izahat tələb edib. Faktla bağlı həm Rusiya, həm də Belarus İstintaq Komitələri tərəfindən cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin