Rusiyanın Aşağı Tagil şəhərindəki ticarət mərkəzlərindən birində qəlyanaltı etmək istəyən gənc sifarişi "Adolf Hitler" adına rəsmiləşdirib. Lakin bu addım hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb və "zarafatcıl" qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Məlum olub ki, saxlanılan şəxs elektrik ixtisası üzrə təhsil alan Timofey adlı tələbədir.
Bizim.Media xəbər verir ki, gənc dindirilmə zamanı pitsanı özü üçün sifariş etdiyini boynuna alıb.
O, törətdiyi əməldən peşman olduğunu bildirərək, heç bir nasist ideologiyasına mənsub olmadığını və bu adı sadəcə "düşünmədən zarafat məqsədilə" yazdığını iddia edib.
Etdiyi bu hərəkətə görə gəncə qarşı müvafiq maddə ilə inzibati protokol tərtib olunub. İndi onu 15 sutkayadək inzibati həbs cəzası gözləyir.


Bizim.Media

- A-
- A
- A+
Dünya
16:44 / 17.06.2026
"Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO
Hazırda oxunan: "Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO
Hazırda oxunan: "Adolf Hitler" pitsa sifariş etdi – POLİS SAXLADI - FOTO
619840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































