Ağlasığmaz soyğunçuluq: Bankomatı ekskavatorla divardan qopardılar – ANBAAN VİDEO

Hazırda oxunan: Ağlasığmaz soyğunçuluq: Bankomatı ekskavatorla divardan qopardılar – ANBAAN VİDEO

619869

Böyük Britaniyada qarətçilər ekskavatorun köməyi ilə bankomatı divardan qoparıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" nəşrinə istinadən məlumat yayılıb.

Hadisə Kembricşir qraflığında yerləşən kooperativ bankın filialının qarşısında baş verib.
 

Müşahidə kameraları yükləyicinin ekskavatorun çalovu ilə divara bir neçə dəfə zərbə endirdiyini, bundan sonra bankomatın binadan çölə çıxdığını qeydə alıb. Maskalı şəxslər bankomatı avtomobilə yükləyərək hadisə yerindən qaçıblar.


Mətbuatın yazdığına görə, iki qarətçi hadisə yerindən başqa bir avtomobillə uzaqlaşıb. Kembricşir polisi cinayətkarların istifadə etdiyi ekskavatorun da oğurlanmış ola biləcəyini ehtimal edir.

İlkin hesablamalara görə, bankomatın içərisində on minlərlə funt sterlinq olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin