Bolqarıstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin müəyyən bəndlərinin əleyhinə mövqe nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib.
Bolqarıstan Rusiya Federasiyasına qarşı hazırlanan bir sıra yeni sanksiyaları, xüsusilə də energetika sahəsini əhatə edən məhdudiyyətləri dəstəkləmir.
Ölkənin XİN-i həmçinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə qarşı tətbiq edilməsi planlaşdırılan fərdi restriksiyaların (məhdudiyyətlərin) əleyhinə olduğunu bəyan edib.
Nəşr qeyd edir ki, Bolqarıstanın bu mövqeyi yeni sanksiyalar paketinin yekun variantının razılaşdırılması prosesində Aİ-yə üzv ölkələr arasında aparılan diplomatik müzakirələri daha da mürəkkəbləşdirib.
Xatırladaq ki, Viktor Orbanın Baş nazir olduğu dövrdə Macarıstan mütəmadi olaraq Rusiyaya sanksiya tətbiqinə qarşı çıxırdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:06 / 17.06.2026
İndi də Bolqarıstan Rusiyaya qarşı sanksiyalara QARŞI ÇIXDI
Hazırda oxunan: İndi də Bolqarıstan Rusiyaya qarşı sanksiyalara QARŞI ÇIXDI
Hazırda oxunan: İndi də Bolqarıstan Rusiyaya qarşı sanksiyalara QARŞI ÇIXDI
619847
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































