Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

Hazırda oxunan: Tramp: "Neftin qiyməti əvvəlki dövrlə müqayisədə daha ucuz olacaq"

619835

ABŞ Prezidenti Donald Tramp neft bazarları və İranla əldə olunan razılaşmanın gələcəyi barədə növbəti kəskin bəyanatlarla çıxış edib.

Bizim.Media xəbər verir ki, Ağ Ev rəhbəri bildirib ki, regionda sabitliyin bərpası fonunda neftin qiymətləri müharibə başlamazdan əvvəlki səviyyədən də aşağı düşəcək.

ABŞ Prezidenti Tehranla əldə olunan mövcud razılaşmanın hələ tam bitmədiyini vurğulayıb:

"İranla imzalanan bu saziş yekun xarakter daşımır".

O, Vaşinqtonun şərtləri yerinə yetirilməyəcəyi təqdirdə güc tətbiqindən çəkinməyəcəyini açıq şəkildə bəyan edib:

"Əgər bu saziş ABŞ-ın xoşuna gəlməsə, biz İslam Respublikasına (İrana) zərbə vuracağıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin