TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini ilə görüşdü

Hazırda oxunan: TÜRKPA Baş katibi AK Parti sədrinin birinci müavini ilə görüşdü

619865

17 iyun 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Türkiyə Cumhuriyyətinə rəsmi səfəri çərçivəsində Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Efkan Ala ilə görüşüb.

Bizim.Media xəbər verir ki, TÜRKPA Baş katibi cənab Ramil Həsən TÜRKPA-nın həyata keçirdiyi layihələr, Türk dövlətləri arasında iqtisadi, siyasi, mədəni və parlamentlərarası əlaqələrin inkişafı istiqamətində atılan addımlar və gələcək planlar barədə geniş məlumat verib.

Öz növbəsində AK Parti sədrinin birinci müavini, Türkiyə Parlamentinin millət vəkili cənab Efkan Ala TÜRKPA-nın fəaliyyətinə xüsusi önəm verdiklərini, həm Türkiyə dövlətinin, həm Türkiyə hökuməti və parlamentinin TÜRKPA-nın fəaliyyətini yüksək qiymətləndirdiyini və bu istiqamətdə atılan addımların qardaş türk dövlətləri arasında strateji münasibətlərin yeni mərhələyə keçməsi istiqamətində mühüm bir addım olduğunu qeyd edib, TÜRKPA-nın bundan sonrakı fəaliyyətinə lazımi bütün dəstəyi göstərəcəyini vurğulayıb.

Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin