Türkiyənin Kastamonu vilayətində təbiətdən toplanması qadağan edilən səhləb bitkisinin yalnız tarlada yetişdirilməsinə icazə verilir.
Bizim.Media İHA-ya istinadla xəbər verir ki, dövlət dəstəyi ilə salınan tarlalarda artıa məhsul yığımına başlanılıb.
Layihə çərçivəsində bölgədə 47 istehsalçı bu bitkini yetişdirir. İstehsalçılar bu il yağıntıların bol olması səbəbindən məhsuldarlığın gözləniləndən daha yüksək olduğunu bildirirlər.
Məlumata görə, təzə səhləbin kiloqramı 2-3 min türk lirəsinə (85-130 AZN) satıldığı halda, qurudulmuş məhsulun qiyməti 13 min lirəyə (560 AZN) qədər yüksəlir.
Qeyd edək ki, dərman sənayesi, yapışdırıcı və dondurma istehsalında istifadə olunan səhləb endemik bitki növü olduğuna görə onun təbiətdən yığılması qadağandır. Bu qaydanı pozanları isə təxminən 700 min lirə (30 min AZN) cərimə gözləyir.




Bizim.Media

- A-
- A
- A+
Region
14:12 / 17.06.2026
Cəmi 47 təsərrüfatda əkilir – Bir kiloqramı 560 manata satılır – FOTO
Hazırda oxunan: Cəmi 47 təsərrüfatda əkilir – Bir kiloqramı 560 manata satılır – FOTO
Hazırda oxunan: Cəmi 47 təsərrüfatda əkilir – Bir kiloqramı 560 manata satılır – FOTO
619796
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































