ABŞ və İran arasındakı münaqişənin nizamlanmasına dair əldə olunacaq razılaşmalar regional xarakter daşıyaraq İsrail, Livan və Fars körfəzi ölkələrini də əhatə edəcək.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib.
Amerikalı jurnalist Meqin Kelliyə müsahibə verən vitse-prezident planlaşdırılan sənədin miqyasını açıqlayıb:
"Bu, regional sülh sazişidir. Bura Fars körfəzi, İsrail və Livan daxil olacaq. Əsas ideya ondan ibarətdir ki, bu, əsl regional sülh müqaviləsidir".
İyunun 15-nə keçən gecə ABŞ, İran və vasitəçi qismində çıxış edən Pakistanın rəsmi nümayəndələri Vaşinqton ilə Tehran arasında 60 günlük atəşkəs sazişinin əldə olunduğunu təsdiqləyiblər. Sözügedən sənədin iyunun 19-da İsveçrədə imzalanması gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:54 / 17.06.2026
Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək
Hazırda oxunan: Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək
Hazırda oxunan: Vens: ABŞ və İran arasındakı saziş bu ölkələri də əhatə edəcək
619813
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































