Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində elektrik enerjisinin verilməsində problem yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.
Bildirilib ki, bu gün səhər saatlarından qəsəbənin Ülvi Rəfiyev küçəsində elektrik enerjisinin verilməsi dayandırılıb.
Məsələ ilə bağlı "Azərişıq" ASC-dən bildirilib ki, elektrik enerjisinin kəsilməsinə səbəb yol-nəqliyyat hadisəsi olub.
Qurumdan verilən məlumata görə, avtomobil işıq dirəyinə çırpılıb və nəticədə, dayaq aşıb.
"Hazırda əməkdaşlarımız hadisə yerində bərpa işləri aparırlar. Ərazinin böyük hissəsinə artıq elektrik enerjisinin verilməsi bərpa olunub. Təxminən 20-30 ailənin yaşadığı əraziyə isə qısa müddət ərzində yenidən enerji veriləcək", - deyə məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:57 / 17.06.2026
Maştağada avtomobil işıq dirəyini aşırdı: Onlarla ev işıqsız qaldı
Hazırda oxunan: Maştağada avtomobil işıq dirəyini aşırdı: Onlarla ev işıqsız qaldı
Hazırda oxunan: Maştağada avtomobil işıq dirəyini aşırdı: Onlarla ev işıqsız qaldı
619815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































