Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bəyan edib ki, qurum rəhbərliyi, Müdafiə Nazirliyi və Federal Təhlükəsizlik Xidməti (FSB) hərbi vəziyyətin tətbiq edildiyi Donbas bölgələrində Rusiya Dövlət Dumasına seçkilərin təşkil olunmasını mümkün sayır.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Ella Pamfilovanın sözlərinə görə, hər üç güc və dövlət strukturu apardıqları məsləhətləşmələrdən sonra sözügedən regionlarda seçki prosesinin baş tutması üçün lazımi şəraitin olduğu qənaətinə gəliblər.
Seçkilərin keçirilməsi planlaşdırılsa da, səsvermə prosesi zamanı vətəndaşların və seçki məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi gücləndirilmiş rejimdə iş aparılacağı vurğulanıb.
Bizim.Media





































































































