Ukraynanın müdafiə naziri Mixail Fedorov "PRESSING" YouTube kanalına verdiyi geniş müsahibədə Krım yarımadasının taleyi və Ukrayna dronlarının döyüş meydanındakı rolu barədə mühüm açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə Krım yarımadasını effektiv şəkildə təcrid edir:
"Əslində, hazırda dronların köməyi ilə Krımın izolyasiyası baş verir".
Nazir yaxın gələcəkdə Krımın logistik cəhətdən tamamilə kəsiləcəyini vurğulayıb:
"Və görünən odur ki, yaxın zamanlarda Krım adaya çevriləcək".
Müdafiə naziri həmçinin qeyd edib ki, Ukrayna istehsalı olan dəniz və hava dronları Rusiyanın Qara Dəniz Donanmasını və Krımdakı hərbi logistika marşrutlarını (xüsusilə yanacaq tədarükünü) tam nəzarətdə saxlamaqla rəqibin hərbi imkanlarını minimuma endirir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:19 / 17.06.2026
Ukrayna Krımı adaya çevirir: Mixail Fedorovdan sensasion bəyanat
Hazırda oxunan: Ukrayna Krımı adaya çevirir: Mixail Fedorovdan sensasion bəyanat
Hazırda oxunan: Ukrayna Krımı adaya çevirir: Mixail Fedorovdan sensasion bəyanat
619851
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































