Əhmədlidə açıq ərazidə YANĞIN - YENİLƏNİB

Hazırda oxunan: Əhmədlidə açıq ərazidə YANĞIN - YENİLƏNİB

619800

Əhmədlidə açıq ərazidə baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***14:06

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin