Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu BMT-nin Baş katibi Antoniu Quterreşi Qara Dəniz Taxıl Təşəbbüsü (taxıl sazişi) üzrə öhdəliklərin yerinə yetirilməsini əngəlləməkdə və sazişin pozulmasında ittiham edib.
Bizim.Media xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə keçirdiyi görüş zamanı Şoyqu bu məsələyə xüsusi toxunub.
Sergey Şoyqu vurğulayıb ki, Rusiya və Türkiyə sözügedən təşəbbüs çərçivəsində üzərilərinə düşən bütün öhdəlikləri tam və qüsursuz şəkildə yerinə yetiriblər.
Şifrəli tənqidlərlə çıxış edən Şoyqu, sazişin digər tərəfi olan BMT-nin və şəxsən Baş katib Antoniu Quterreşin prosesin uğursuzluqla nəticələnməsində birbaşa rol oynadığını iddia edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:41 / 17.06.2026
Şoyqu BMT-nin Baş katibini İTTİHAM ETDİ
Hazırda oxunan: Şoyqu BMT-nin Baş katibini İTTİHAM ETDİ
Hazırda oxunan: Şoyqu BMT-nin Baş katibini İTTİHAM ETDİ
619846
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































