“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi

Hazırda oxunan: “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi

31790
Milli-mənəvi dəyərlərimizin qorunmasında, onların gənc nəslə öyrədilməsində bir çox yerli və beynəlxalq layihələri həyata keçirən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi”nin hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda bir çox tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, gənclər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan İctimai Birliyin sədr müavini Həbib Misirov tədbirin əhəmiyyəti, məqsədi və iş planı barədə məlumat verib.

Daha sonra İctimai Birliyin sədri Qənbər Şəmşiroğlu hesabat məruzəsi ilə çıxış edib. O, öz nitqində İctimai Birliyin ötən illər ərzində gördüyü işlər barədə məlumat verib.

Görülən işlərin Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət siyasətimizə dəstək xarakteri daşıdığını bildirən İctimai Birliyin sədri qeyd edib ki, əsas məqsəd bu yola sadiq olmaqla işlərimizi daha da müntəzəm görmək və Ümummilli Lider Heydər Əliyev yolunun davamlılığını təmin etməkdən ibarətdir: “Bunun üçün bizim öhdəmizə düşən əsas iş qarşıdan gələn Prezident seçkilərində ölkə başçısı İlham Əliyevə yenidən səs verməkdir".

Daha sonra “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi”nin üzvləri olan ziyalılar və gənclər çıxış edərək ictimai birliyin fəaliyyəti haqqında fikirlərini söyləyərək hesabata öz münasibətlərini bildiriblər.

Çıxış edən AMEA-nın şöbə müdiri, professor Məhərrəm Qasımlı, İctimai Birliyin əməkdaşları Amil Cavadov, Gülnarə Əmiraslanova görülən işlərdən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıblar.

Hesabat konfransının sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İdarə heyətinin üzvləri və Kəlbəcər rayon ziyalıları adından qarşıdan gələn Prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləməklə bağlı bəyanat qəbul ediblər. Bəyanatı YAP GB Ofisinin rəhbəri Sərraf Balaxan səsləndirib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi” İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul etdi
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin