Bakıda ev talayanlar ələ keçdi - İkisi qardaşdır – VİDEO

Hazırda oxunan: Bakıda ev talayanlar ələ keçdi - İkisi qardaşdır – VİDEO

616196

Bakının Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, Xətai rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib.
 

Zərərçəkən polisə müraciət edərək bildirib ki, anasının xəstəliyi ilə əlaqədar bir müddət evdə olmayıb. Geri qayıtdıqda isə mənzilindən ona məxsus tozsoran, kondisioner, elektrik sobası, televizor, həmçinin digər dəyərli əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar edib.


Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Rişad Zeynalov, qardaşı 37 yaşlı Fəyyar Zeynalov və 39 yaşlı Mikayıl Səlimov saxlanılıblar.

Hər üç şəxs barəsində istintaq araşdırmaları davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin