Hindistanda Rusiyanın qırıcıları istehsal oluna bilər

Hazırda oxunan: Hindistanda Rusiyanın qırıcıları istehsal oluna bilər

616267

Hindistanda Rusiyanın "Su-57E" qırıcı təyyarəsinin istehsalına başlana bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinə istinadən məlumat yayıb.

"Rusiya Hindistanda “Su-57E” təyyarələrinin istehsalını təşkil etməyi təklif edir. Hazırda tərəfdaşlarla müvafiq məsləhətləşmələr aparılır", — deyə məlumatda bildirilir.

Federal Hərbi-Texniki Əməkdaşlıq Xidməti qeyd edib ki, Rusiya-Hindistan əməkdaşlıq tarixi ərzində tərəfdaşlar geniş çeşiddə hərbi təyinatlı məhsulların istehsalını mənimsəyiblər.

Söhbət "Su-30MKI" təyyarələrindən, "T-90S" tanklarından və "AK-203" avtomatlarından gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin