Parisdə "PSJ" klubunun azarkeşləri ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaşanıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Life" nəşri "SHOT" Telegram kanalına istinadən məlumat yayıb.
Toqquşmalar "PSJ"nin "Arsenal" ilə qarşılaşdığı Çempionlar Liqasının final oyununun start fiti çalındıqdan qısa müddət sonra qeydə alınıb. Azarkeşlər təhlükəsizlik qüvvələrinə tərəf fişənglər atmağa və daşlar tullamağa, asayiş keşikçiləri isə cavab olaraq gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.
Qeyd edək ki, oyun Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı 6-cı dəqiqədə "Arsenal"ın oyunçusu Kay Haverts açıb.
"PSJ" isə 65-ci dəqiqədə Usman Dembelenin penaltini dəqiq yerinə yetirməsi ilə tarazlığı bərpa edə bilib.
Bizim.Media








































































































