Qarabağ mədəniyyəti İçərişəhərdə: Canlı musiqi, sərgi və milli mətbəx - FOTO

Hazırda oxunan: Qarabağ mədəniyyəti İçərişəhərdə: Canlı musiqi, sərgi və milli mətbəx - FOTO

616238

İçərişəhərdə "Qarabağ Mədəniyyət Xəritəsi - Hər Rayonun Öz Səsi" adlı genişmiqyaslı festivalın açılış mərasimi baş tutub.

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Qeyd-Sosial Maarifləndirmə"İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan festivalın əsas məqsədi Qarabağın zəngin mədəni irsinin tanıdılması, milli-mənəvi dəyərlərimizin təbliği, eləcə də bölgənin mədəni potensialının geniş ictimaiyyətə təqdim olunmasıdır.

Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənətkarlıq nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.

Rəsmi açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür festivallar mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

"Qeyd-Sosial Maarifləndirmə" İctimai Birliyin baş katibi Aysel Tahirova festivalın əsas ideyasının Qarabağın hər rayonunun öz səsi, sənəti və mədəni kimliyi ilə tanıdılması olduğunu qeyd edib:

"Məqsədimiz Qarabağın zəngin mədəni xəritəsini bir platformada təqdim etmək, milli irsimizi daha geniş auditoriyaya çatdırmaq və bu dəyərləri gələcək nəsillərə sevdirməkdir."

Festival bədii proqram və konsert çıxışları ilə davam edib.

Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarına məxsus mədəniyyət nümunələri, milli musiqi və sənətkarlıq ənənələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin