Yoğun bağırsaq xərçənginə qarşı tədbirlər AÇIQLANDI

Hazırda oxunan: Yoğun bağırsaq xərçənginə qarşı tədbirlər AÇIQLANDI

616209

Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin məlumatına görə, dünyada hər 5 nəfərdən biri xərçəngə tutulur. Hər 8 kişidən 1-i və hər 11 qadından 1-i xərçəng səbəbindən həyatını itirir.

Bizim.Media "Akşam"a istinadən xəbər verir ki, ən çox rast gəlinən ilk 5 xərçəng növündən biri kolorektal/yoğun bağırsaq xərçəngidir.

Türkiyəli qidalanma və dieta mütəxəssisi, dietoloq Hande Güngör yoğun bağırsaq xərçənginə qarşı tədbirləri belə izah edib:

• Sağlam çəkidə qalın və bunu qoruyun.

• Müxtəlif rənglərdə, təzə tərəvəz və meyvə ağırlıqlı qidalanın; yüksək lifli qidalar istehlak edin.

• Həyatınızda lif (şirə/posa) baxımından zəngin qidaların istehlakına daha çox yer verin.

• Rafinə edilmiş şəkər və yüksək karbohidratlı qidaların istehlakını məhdudlaşdırın.

• Siqaret və spirtli içki istifadəsini dayandırın.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin